2010-cu ildə Belarus prezidentliyinə namizədliyini irəli sürmüş Nikolay Statkeviç azadlığa buraxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
Məlumata görə, 2010-cu il prezident seçkilərində iştirak etmiş Statkeviç 2021-ci ildə 14 il həbs cəzasına məhkum edilmişdi, lakin indi sərbəst buraxılıb.
Xuraman Etibarlı
İnterpress.az