Çexiya polisi illərdir axtarılan “kabus sürücü”nü saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çexiya polisi məlumat yayıb. Çexiya polisi 6 ildir təqibdən yayınan sirli Ferrari-də “kabus sürücü”nü yaxalayıb.
O, Ferrariyə bənzər avtomobil ilə dəfələrlə polisdən qaçmışdı. Məlum olub ki, bu, ümumiyyətlə, Ferrari deyil, 200 km/saat sürəti 7 saniyəyə yığan və 300 km/saat sürət yığa bilən nadir Dallara GP2/08 modelidir. Trasda polisin həqiqətən də onu tutmaq şansı yox idi.
Sürücü yanacaqdoldurma məntəqəsində tanınıb və izlənilərək evində yaxalanıb. Lakin qanun üzrə ona cəza gözlənilmir.
Belə avtomobil saxlamaq icazəlidir, polis isə illər əvvəl sükan arxasında məhz onun olduğunu sübut edə bilmir.
Xuraman Etibarlı
İnterpress.az