Rusiyada 2 yaşlı uşaq sirkə içərək ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Yekaterinburqda 2 yaşlı uşaq mətbəxdə tək qaldığı an 70%-lik sirkə içib.
21 yaşlı ana Paşanı mətbəxdə qoyub, ayaqyoluna gedib. Uşaq şkafı açıb və orada şəffaf butulka tapıb.
Ana hadisəni görən kimi təcili yardımı çağırıb. Uşaq reanimasiyaya yerləşdirilsə də, həkimlər 4 saat sonra onun ölümünü təsdiqləyiblər.
Xuraman Etibarlı
İnterpress.az