Həbsdəki azərbaycanlı oliqarx: “Mənə tərcüməçi verin…”backend

Həbsdəki azərbaycanlı oliqarx: “Mənə tərcüməçi verin…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org xəbər verir ki, biznesmen rus dilini “unutduğunu” bildirib və ona tərcüməçi verilməsini tələb edib.

Roman Manaşirov Rusiya DİN-in Moskva vilayət idarəsinin müstəntiqlərinə 2 milyon dollar rüşvət verməyə görə həbs edlib. Bu pulun əvəzində müstəntiqlər Roman Manaşirovun dostu, biznesmen, qul əməyindən istifadədə ittiham olunan Januko Rafailovu həbsdən azad etməli və onun işini bağlamalıydı. Rafailov da əslən Qırmızı qəsəbədəndir və Moskvada yüzlərlə vyetnamlının qul kimi istismar edilməsini təşkil etməkdə günahlandırılır. O, “AST Cargo” şirkətinin prezidentidir.

Müstəntiqlər deyirlər ki, Roman Manaşirovun qəfildən rus dilini “untması” şübhəlidir. Çünki o, bütün ömrünü Rusiyada yaşayıb. İndi isə biznesmen ancaq dağ yəhudilərinin dilini başa düşdüyünü deyir və ona bu dild tərcüməçi verilməsini tələb edir.

Müstəntiqlər oliqarxa dağ yəhudi dili üzrə tərcüməçi versələr də Manaşirov bu dəfə tərcüməçini başa düşmədiyini bildirib. Oliqarx bunu belə əsaslandırıb ki, onun Azərbaycanın Quba rayonunda işlənən xüsusi dialekti var. Tərcüməçi isə bu dialekti bilmir.

Tərcümə məsələsi ilə bağlı bütün bu mürəkkəb vəziyyətə baxmayaraq bu gün İstintaq Komitəsi Manaşirovun həbsinin uzadılması barədə məhkəməyə vəsadət verəcək.

İnterpress.az