Qəribə bir mühit içində yaşayırıq. Ətrafımız satqın, xain, öz mənfəətləri üçün hatta düşmənlə işbirliyinə gedən insanlarla doludur. Bu mühitin qəribəliyi ondadır ki, məhz belə insanlar cəmiyyətə sırınır. Ya vəzifədədirlər, ya da hansısa ictimai sahələrdə. Bir tərəfdən sərhədlərimizin o tayında ermənilərlə müharibə aparırıq, diğər tərəfdən də sərhədlərimizin içindəki erməni tör-töküntüləri ilə.
Məmurların bəziləri çıxıb deyir ki,” bizim ermənilərlə problemimiz yoxdur” , digəri deyir ki, “ermənilər düşmənimiz deyil” və s.
Bu yazını oxuyan hər kəsə sual verirəm. Bu məmurlar nə deməyə çalışır? Ermənilər düşmənimiz deyilsə, dostumuzdur? Başqa bir sual, Sizin ermənilırlə problemimiz yoxdursa o zaman kiminlədir probleminiz? Türkçülər və türklərlə? Milliyətçilərlə? Ermənilərlə probleminiz yoxdursa bəs nəyiniz var?
İki gün əvvəl Tənzilə Rüstəmxanlı bir yazı yazdı və yazıda bəzi məmurların arvadlarının erməni olduğunu dedi. Bundan sonra kimlərəsə bu söz təsir etdi. Dərhal əllərinin altında olan hürən itin zəncirini tərpətdilər.
Məmurlardan bəzilərinin ermənilərlə qohumluq əlaqələri olduğunu bilmir ki guya heçkim? Təzə məlumatdır? Niyə qəzəblənirsiniz?
İndi kimsə durub desə ki, “ay filankəs müəllim, erməni sənin nəyindir, kimindir?” qəzəblənəcək və bunu özünə təhqir sayacaq. Əgər sənin erməni ilə problemin yoxdursa və sənin üçün yaxşıdırsa o zaman niyə qəzəblənirsən? Yox əgər təhqirdirsə nə üçün təriflər yağdırırsız? Bu nə pəhriz, bu nə kələm turşusu?
Gələk Eynulla Fətullayevin bitməyən erməni sevgisinə. Hər zaman fikir vermişəm, biri ermənilərdən bir şey yazsın, dərhal açarlı kuklalar kimi ortaya düşüb o adamı təhqir edib haqqında yazılar yazaçaq.
Arxasında açarı olan kuklalar var bilirsiz, qurursan ve buraxırsan başlayır oxumağa. Mahnısı da əvvəldən yazılıb. Təbii ki, açarı da başqalarının əlində.
Eynulla Fətullayevlə bağlı çox şey yazmaq olar, ən gözəlləri zamanında yazılıb və deyilib. Mən başqa birşey deyəcəm. Məşhur hekayə ustası Gi de Mopassanın “Eybəcərlər anası” adlı əsərini yəqin ki, çoxunuz oxumusuz.
“Eybəcərlər anası”nın qəhrəmanı fahişəliklə məşğul olur və hər il bir uşaq doğur. Lakin dünyaya gətirdiyi uşaqlar ya şikəst, ya da çox eybəcər olur. Qadın, hər dəfə uşaqlarını satır və böyük məbləğdə pul qazanırdı. Uşaqların ataları isə bilinmirdi. Belə bir üzdənirağı hamı bakirə qız kimi tanıyırdı. Çünki o, özünü cəmiyyətə belə tanıtmışdı.
Fahişəliklə məşğul olan “bakirə qız” hamiləliyini gizlətmək üçün bətnində daşıdığı körpəyə müxtəlif əzablar verirdi: qarnına taxta qoyub kəndirlə bərk-bərk sıxırdı.
Nəticədə dünyaya şikəst və eybəcər bir uşaq gəlirdi. Fahişə qadın alıcı çıxan kimi uşağını satırdı. Onun uşaqlarını isə daha çox kəndirbazlar alırdı. Kəndbəkənd gəzən kəndirbazlar bu eybəcər uşaqları oynadıb pul qazanırdılar.
Bu səhər dostlardan birinin mənə göndərdiyi facebook statusunu oxuyanda bu statusun müəllifi jurnalist Eynulla Fətullayevi bu “qəhrəmana” bənzətdim. Bu qadınla oxşar və fərqli tərəflərini də tapdım.
İndi deyəcəksiniz ki, fahişə qadınla Eynulla Fətullayevin nə bağlılığı və ya oxşarlığı var? O zaman gəlin birgə müqayisə edək!
Yaradıcı adamlar yaxşı bilir. İnsanın beyninin məhsulu onun övladı kimidir. Sənin hansısa fikirindən, ideyandan doğur. Bu baxımdan Eynulla da yaradıcı adam kimi fikirlərdən fikir doğur. Fərqli tərəfi isə odur ki, onun özü doğmur, onu doğuzdururlar, yəni tapşırıq gəlir və o, təcili işə başlayır. Hətta bu yazını yazanda doğuş sancılarından əziyyət çəkən Eynullanın zarıltısı gəlir qulaqlarıma.
Onu da deyim ki, Eynullanın həddindən artıq pulgir olduğu dillər əzbəridir. Doğduğu eybəcərlərini doğuşdan sonra satmır, sifarişli doğuşlar həyata keçirir. Yəni, pulunu alıb sonradan doğur.
Eynullanın o qadından bir fərqi də var. O qadının uşaqları heçolmasa alıcısına faydalı olur və pul qazandırır, Eynullanın behini alıb doğduqları isə çox yaşamır. Çünki bu cəmiyyətə Eynulla “eybəcərləri” gərək deyil.
Eynulla, bu gün cəmiyyətə buraxdığı eybəcərinə sabah yiyə durmur. Bunu, onunla zamanında dostlu edən, əlinə fürsət düşən kimi “baqaja” qoyduğu keçmiş dostları da sübut etdi. Bunu da mətbuata baxanda görə bilirik.
Məhkəmə proseslərində qarşısında baş əydiyi, “nə yaxşı ki siz varsınız, siz olmasaydınız mən də yox idim” kimi romantik təşəkkürləri ilə ovladığı qəlbləri sonradan acı dili ilə zəhərlədi. Hətta onları axmaq adlandırdı. Çünki bu insanlar artıq Eynullaya lazım deyildi. Eynulla da “Eybəcərlər anası”ndakı o, fahişə qadın kimi “doğduqlarına” nifrət edir əslində. Amma ayrı çıxış yolu yoxdur. Tapşırıq var və o, mütləq şəkildə doğmalıdır.
Məsələn, Xocalı faciəsini ermənilərin törətmədiyinə bütün dünyanı inandırmağa çalışması kimi. Bu bicinin atası isə deyəsən, sərhədlərimizdən kənardakılar idi. Nə fərqi var kim idi? Amma var, əsas odur!
Fahişə qadının uşaqlarının atasının kimliyi heç vaxt bilinməz. Bilinməsi lazım da deyil. Çox qəribədir, biz hətta, dünya birliyini qınayırıq ki, niyə görə ermənilərin torpaqlarımızı işğal etməsinə susur. Biz qonşu dövlətləri də qınayırıq ki, niyə görə, ermənilərlə hansısa sahədə işbirliyi qurur. Amma bizim yuxarı postlarda oturan məmurlarımız “Biz erməni xalqı ilə düşmən deyilik” deyir. Torpaqlarımızın 20 faizdən çoxunu işğal edən erməni xalqı bəlkə də bu addımı ilə bizimlə dostyana zarafat edib, xəbərimiz yoxdu?
İnanıram ki, indi erməni xalqı ilə düşmən olmadığımızı idda edən məmurlarımız günün birində bizi inandırmağa çalışacaq ki, “20 faiz torpağımız zadımız işğal edilməyib, bu dost erməni xalqının dostyana zarafatıdır”.
Bu zaman o, məmurların Eynulla kimi “yazarları” qələmə sarılacaqlar. Üzlərinə mütəfəkkir görkəmi verib, xalqın qan yaddaşını silməyə çalışacaqlar. Məgər belələrinə qan yaddaşı gərəkdirmi? Belələrinə gərək olan bircə zad var, o da puldur.
Görünür Tənzilə Rüstəmxanlının ölkəmizdə yüksək post tutan ermənisevərlərə tutarlı şillə vuran bu yazısı çox güclü olduğundan Eynullaya sifariş verildi və onun növbəti dəfə doğuş sancıları tutdu. Onu bu dəfə Sabir Rüstəmxanlıya tərəf yönəltdilər və növbəti bicini çığır-bağırla doğuzdurdular.
Mənim isə bu yazını qələmə almağıma sevimli yazarımın “Eybəcərlər anası”nı xatırlamağım səbəb oldu. Yəni bu oxşarlığa mat qaldım. Və indi də əziz oxucularımla yeni kəşfimi bölüşmək istəyirəm.
Fransa dövlət xadimi və diplomat, 1799-1807 və 1814-1815–ci illərdə Fransanın xarici işlər naziri postunda çalışan Şarl Moris de Taleyran-Periqoru yəqin xatırladınız. Taleryan o qədər dəhşətli tip idi ki, o, hətta dünyanı fəth etmək istəyən Napoleonu da çərlətmişdi. Bir gün minsifətli, hiyləgər Taleryanın ölüm xəbərini Napoleona verəndə o, mat qalır və bu məşhur sözləri deyir: “İlahi, görəsən, ölmək Taleyranın nəyinə lazım idi?”
Səhərdən düşünürəm, İlahi, görəsən, Sabir bəyin çomağına sürtünmək Eynulanın nəyinə lazım idi?