“Şərəfsizlər jurnalistikanı hörmətdən saldılar”backend

“Şərəfsizlər jurnalistikanı hörmətdən saldılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəticədə “Jurnalistika”ya daxil olanların sayı kəskin şəkildə azalıb. Amma bəzi ekdpertlər bununla da razılaşmır və bildirilər ki, jurnalistlik praktikada qazanılır.

“Azərbaycan”qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bildirib ki, jurnalistika istedaddır və istedadı zəhmətlə qovuşmayandan jurnalist olmaz.

“Sovet dövründən sonra bir çox sahələrdə geriləmə oldu, jurnalistika isə daha sürətli irəli getdi. Azərbaycan xalqının jurnalistlərə olan hörmət və ehtiramından istifadə edən bəziləri bu sahəyə soxuldular, “reketçiliklə” məşğul olmağa başladılar. Həm jurnalistləri, həm də jurnalistikanı gözdən saldılar. Beləliklə insanlar “Jurnalistika” ixtisasına getmək istəmədilər. Halbuki, Sovet dövründə universitetin şərqsunaşlıq ixtisasından sonra üçüncü yerdə jurnalistika gəlirdi. Hamı bura can atırdı, amma çoxları düşə bilmirdi. Jurnalsitikaya gəlməməyin digər səbəbi burada əmək haqqının o qədər yüksək olmamasıdır, qonorar bir çox redaksiyalarda aradan qaldırılıb. Yəni savadlı, istedadlı insanlar bura gələndən sonra nə özlərinin həyatlarını istədikləri kimi təmin edirlər, nə ailələrini saxlaya bilirlər. Ona görə də imtahan verən abituriyentlər jurnalistika ixtisasını xala xətrin qalmasın, “heç hara düşməsəm də, cəhənnəm jurnalistikaya daxil olub, deyə yazırdılar. Çox təəssüf, jurnalistika “cəhənnəm düşək” yeri deyil. Düzdür, əziyyəti çoxdur, amma çox şərəfli peşədir”.

Deputat vurğulayıb ki, bəzi şərəfsizlər jurnalistikanı hörmətdən saldılar.

“Qabiliyyət imtahanı təkid etdik və tərtbiq olundu. Bundan sonra ora sənəd vermək istəyənlərin sayı kəskin şəkildə aşağı düşdü. Çünki heç kim jurnalist olmaq arzusu, həsrəti ilə ora gəlmirdi, təsadüfən düşürdü. Belə bir vəziyyət yaranıb ki, Jurnalistika fakültəsi üçün kifayət qədər abituriyent yığılmayacaq, orada çətinlik olacaq və s. 47 ildir bu sahədəyəm, həm də qəzetin redaktoruyam. Başqa cür düşünürəm. Əgər Jurnalistika fakültəsi o keyfiyyətdə jurnalist kadrı hazırlaya bimirsə və onların da mühüm arqumeti budur ki, “biz jurnalist olmaq istəyəndən jurnalist yetişdirə bilərik”, tamamailə haqlıdırlar. Bu yoxdusa və mən redaktor kimi fakültənin buraxdığı jurnalistləri öz müəssisəmdə işlədə bilməyəcəmsə, bunun nə effekti olacaq? Məhz bu səbəblərdəndir ki, bu gün jurnalistikada peşəkarlıq səviyyəsi aşağı düşüb”. (modern.az)


İnterpress.az