“Hizbullah” bütün qollarında yüksək hazırlıq vəziyyətindədir.
İnterpress.az xəbər verir ki, bu barədə “Maariv” məlumat yayıb. Məlumata görə, “Hizbullah” bütün qolları yüksək hazırlıq vəziyyətinə gətirilib.
Təşkilatın bir çox yüksək səviyyəli üzvlərinin ailələrinin Livanın cənubunu tərk edərək Beyruta getdiyi bildirilir.
Həmçinin bildirilib ki, təşkilatın bir çox komandirləri mobil telefonlardan istifadəni dayandırıb və Hizbullah İsrailin zərbələrindən qorxaraq bir neçə bölgədəki bir sıra mərkəzlərini boşaldıb.
Xuraman Etibarlı
İnterpress.az