Abxaziya rusiyalı turistləri milli təhlükəsizliyə təhdid adlandırır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, yerli Kino Fondunun direktoru Aleksandr Basaria ucuz turlar alan və tətilə qənaət edən rusları rədd etməyə çağırıb.
Onun fikrincə, restoranlara, klublara, şənliklərə və ekskursiyalara getmək istəməyən turistlər respublikanın milli və iqtisadi təhlükəsizliyinə təhlükə yaradır. Çünki bunlardan kiçik sahibkarlıq subyektləri zərər görür.
Xuraman Etibarlı
İnterpress.az