Əgər Moskva istəməsə, Ermənistanda heç zaman belə bir siyasətçi mövcud olmayacaq: “Ermənistanda baş verən hadisələrin hamısı bu ölkə hakimiyyətinin özü tərəfindən düşünülmüş şəkildə təşkil olunan aksiyalardır. Eyni zamanda Lavrovun da gedişi bir daha göstərdi ki, Ermənistan Qarabağ ərazisində status-kvonu saxlamaq üçün müxtəlif variantlara əl atır. Qarabağ klanı, məsələn, separatçıların lideri Bako Saakyan elə fikirləşirdi ki, onlar Qarabağdan gəlib Ermənistanda rəhbər ola bilərlər. Lakin bu da gözlənilən bir məsələ deyil. Bu gün də əgər Moskva orada kimisə yetişdirmək istəməsə, başqa elə bir şəxs yoxdur. Yəni bu məsələ ümumiyyətlə, gündəmdə deyil”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə Sərkisyanın hakimiyyətdə olmasının Azərbaycanın maraqları baxımından daha faydalı olduğunu bildirdi: “Təəssüf ki, tez-tez səsləndirilən ”Demokratlar savaşmır, onlar müharibə aparmır\” formulu Ermənistanda özünün doğrultmur. Yəni orada platformasından, daşıdığı siyasi ideologiyadan asılı olmayaraq, əksər qüvvələr Qarabağ məsələsində hakimiyyəti dəstəkləməyə üstünlük verirlər. Hətta 1997-ci ildən sonra xeyli dərəcədə beynəlxalq və regional reallıqları dərk edən keçmiş prezident Levon Ter-Petrosyan belə Azərbaycan ərazilərinin işğalında iştirak etmişdi. Qətiyyən onu Sərkisyan və ya Köçəryanla müqayisə edib sülh göyərçininə, Azərbaycan üçün sərfəli siyasi fiqura çevirmək olmaz. Əksinə, bəzən müəyyən savadı, dünyagörüşü olan siyasilər daha çox təhlükə törədirlər. Qəribə də görünsə deməliyəm ki, Sərkisyanın hakimiyyəti, iqtidarda qalması ölkəmizin maraqları baxımından daha uyğundur. Bu fikrə gəlməyimin səbəbi Ermənistanın işğal səbəbindən özünü izolyasiyada saxlamasıdır və bu onlara iqtisadi, siyasi, sosial problemlər yaradır. İkincisi, Sərkisyan beynəlxalq siyasəti dərk etməyən, primitiv bir siyasətçidir. Düşmən olsaq da deməliyəm ki, Sərkisyan erməni xalqının özünün potensialına uyğun deyil\”.
Zahid Orucun fikrincə, Sərkisyan erməni xalqının milli-strateji inkişafına mənfi təsir göstərməklə də bu xalqı Azərbaycanın arzu etdiyi səviyyədə saxlamağa davam edir: “Bu baxımdan da o erməni lobbisini Ermənistan ətrafında birləşdirə bilmir. Bu gün erməni mətbuatında ”Qarabağa müstəqillik lazımdırmı\” başlığı ilə yazılan yazılar əslində milli fikri ifadə edən mövqelərdir. Onlar deyirlər ki, Ermənistanın da öz müstəqilliyini itirib başqa bir dövlətin vassalına çevirən hökumət, Qarabağ üçün də bunu vəd edirsə, bunun onlara nə faydası olacaq? Bütün bunlar sübut edir ki, ermənilər dövlət formalaşdıra bilməyiblər. Ermənistan nə qədər ki, bölgədə Türkiyə və Azərbaycanla münasibətlərini düzəltməyəcək, o zaman nəinki Qarabağda, Ermənistanda belə dövlətçiliyi bərqərar etmək mümkün olmayacaq. Biz müharibə vəziyyətində olduğumuzdan müəyyən qədər emosional yanaşırıq, ancaq Qərb ekspertləri deyirlər ki, bu vəziyyətdə Ermənistanın dövlət qurması mümkün deyil. Son hadisələr fonunda Ermənistanda vəziyyət daha da gərginləşəcək. Məlum məğlubiyyətin ciddi siyasi nəticələri olacaq. Ola bilər ki, bu ölkədəki siyasi qüvvələr Sərkisyan hakimiyyətini sıxışdırıb, qarşıdakı parlament seçkilərində daha çox səs toplaya bilsinlər. Ancaq həqiqət budur ki, bütün digər qüvvələr də Rusiyadan asılıdırlar. Ermənistanda elə bir qərbpərəst qüvvə mövcud deyil ki, cəmiyyətdə nüfuz qazanmış olsun. Ancaq Sərkisyan kimi yetərsiz şəxsin onlara başçı olması bizə bu xalqla problemimizi çözməyə imkan verir. Bu cür zəif rəhbərliklə biz daha asan şəkildə Dağlıq Qarabağ problemini çözə biləcəyik\”.(musavat.com)
İnterpress.az