Ermənilər Moskvada Dağlıq Qarabağdakı silahlılara yardım aksiyası planlaşdırırbackend

Ermənilər Moskvada Dağlıq Qarabağdakı silahlılara yardım aksiyası planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin icraçı direktoru Şamil Tağıyev bildirib ki, mayın 7-də Şuşanın işğalının ildönümü ərəfəsində Moskvadakı “Tapan” muzeyində erməni arxiyepiskopu Ezras Nersisyanın təşkilatçılığı və xeyir-duası ilə “Artsaxım mənim” adlı sərgi-aksiya keçirilməsi planlaşdırılıb. Anatoli Avetyanın əsərlərindən ibarət sərgidə mayın 8-də guya ermənilər tərəfindən \”azad olunan\” Şuşa ilə bağlı rəsmlər göstəriləcək, gələn qonaqlara Artsaxın (Qarabağın) guya ermənilərə mənsub olması ilə bağlı bilgilər veriləcək.

Artıq bu aksiyanın keçirilməsi ilə bağlı Moskvada ermənilər tərəfindən kütləvi reklam təbliğatı gedir. Bildirilir ki, tədbirdə yığılan vəsait Dağlıq Qarabağdakı erməni silahlılara göndəriləcək.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.(apa)

Ermənilər Moskvada Dağlıq Qarabağdakı silahlılara yardım aksiyası planlaşdırır

İnterpress.az