Tanınmış politoloq XİN-i sərt tənqid etdibackend

Tanınmış politoloq XİN-i sərt tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan birinci zərbəni vurub gözləyir. Amma sual olunur: bu gözləmə nə qədər çəkəcək? İstənilən hərbi əməliyyat siyasi gedişlərlə müşayiət olunmalıdır”.

Qarabağ ətrafındakı son durumu şərh edən konfliktoloq Elxan Mehdiyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi analitik qeyd etdi ki, Azərbaycan aprelin əvvəlində hərbi addımı atıb: “Bəs indi nə edir? Hadisələrin gedişi göstərir ki, görünən siyasi təşəbbüs yoxdur. Yoxdursa, o zaman ”bu əməliyyat nəyə lazım idi\” sualı ortaya çıxa bilər. Bu gün ölkə əhalisinin bütün düşünən hissəsi “Azərbaycan atəşi niyə dayandırdı” sualını verir. Bu cür vəziyyətlərdə atəş kiminsə xahişi ilə dayandırılmır. Atəş konkret vədlər və təminatlar əsasında dayandırılır və təcili intensiv danışıqlara köçürülür. Bizim halımızda düşmən vahimə içində, başıpozuq və xaos durumunda olduğu dönəmdə atəş dayandırılır və düşmənin özünə gəlməsinə şərait yaranır\”. E.Mehdiyev əlavə etdi ki, düşmən danışıqlara getmək əvəzinə, danışıqlardan imtina yolunu tutub, üstəlik, əvvəlki dönəmlərdə olduğu kimi vaxt udmağa çalışır: “Bu, o deməkdir ki, işğalçı qarşı tərəfin əlverişli durumda olmasını tanımır və heç də işğal etdiyi ərazilərdən dinc yolla çıxmaq istəmir, əksinə, revanşa hazırlaşır. Təbii ki, hərbi əməliyyatı belə qısa müddətdə dayandırmaq siyasi səhv idi və indi ermənilərin davranışı bu addımın yenə də səhv olduğunu sübut edir”.

Ekspert düşmən ölkənin düşdüyü durumdan istifadəni yeganə çıxış yolu sayır: “Ermənistan xaos içindədir. Sərkisyan aqoniyadadır, vəziyyətin nə yerdə olduğunu isə çox yaxşı anlayır. Üstəlik, Ermənistan beynəlxalq izolyasiyadadır. Onun heç bir müttəfiqi yoxdur. Arxalandığı Rusiya da onun son illüziyalarını dağıtdı, eyni zamanda KTMT ölkələri onun əleyhinə getdi. Sərkisyan indiki dönəmdə ancaq bu işi uzatmaq və heç bir sənədə imza atmadan aradan çıxmaq istəyir. Bu, Azərbaycana heç sərf etmir. Bu, o deməkdir ki, Qarabağın işğalda qalması ən azı 2019-cu ilə qədər davam edəcək. Ona görə də bu işdə Azərbaycan təşəbbüsdə olmalıdır, ortaya plan qoymalıdır”.

Ekspertin fikrincə, indi danışıqlarda ən maraqlı tərəf Azərbaycan olmalıdır. Səbəbinə gəldikdə, E.Mehdiyev bildirdi ki, o halda Bakı İrəvanın vəziyyətinin nə yerdə olduğunu birbaşa olaraq hiss edəcək və onun nə fikirdə olduğunu biləcək: “Əgər erməni əvvəlki ampluasında olacaqsa, o zaman ordumuz düşmənə yeni və daha sarsıdıcı zərbələr vurmalıdır. Məsələ ancaq bu yolla həll olunacaq. Yəni Azərbaycan ortaya qətiyyət və iradə qoymasa, həll olmayacaq və siyasi nəticəsi olmayan epizodik əməliyyatlar avantürist addımlar kimi nəticələnəcək. Burada hərbi və siyasi hərəkət bir-birinin ayrılmaz hissəsidir. Hərbi amil Ermənistanın başı üstündə daimi durmalıdır. Azərbaycanın çatışmayan tərəfi odur ki, o, hələ də köhnə status-kvo dilində danışır, özünü müdafiə mövqeyində göstərir, təxribata cavab vermişik, ”təxribatın qarşısını almışıq\” deyirik. Bakı bir az da özünü heç bir şey baş verməmiş kimi aparır. Bizim “təxribata cavab vermişik” deməyimizlə bu məsələ həll olunan deyil. “Düşmən torpaqlardan dinc yolla çıxmaq istəmir, ona görə də biz güc yolu ilə torpaqlarımızı azad etmək əzmindəyik” deyilməlidir. Buna beynəlxalq hüquqda “özünümüdafiə” deyirlər\”.

 Tanınmış politoloq XİN-i sərt tənqid etdi

E.Mehdiyev Azərbaycan XİN-in mövqeyindən də narazıdır: “XİN-in bəyanatları sanki Mavritaniyadan verilir. İndiki dönəm tamamilə yeni vəziyyətdir. İndi Azərbaycanın durumu 1 apreldən öncəki uçurumun dibindəki durum deyil, əksinə, 180 dərəcə dəyişmiş bir durumdur. Ermənilərin yaratdıqları miflər tamamilə puç olub. Bunu görmək və bilmək lazım. Bütün dünya artıq 1 apreldən öncəki status-kvonun dağıldığı qənaətindədir və Azərbaycanın irəli gedəcəyini düşünür. Bu qənaəti Azərbaycan zabiti və əsgəri yaradıb. Zabitlərin öndə getdiyi ordu qalib gələcək.

Digər tərəfdən, bütöv xalq Vətənini azad etmək üçün heç bir zaman olmadığı kimi hazırdır. İndiki dönəmdə hadisələri öz axarına qoyub müşahidə etmək ki, nə zamansa yenidən erməni danışığa gələcək, bu o deməkdir ki, torpaqlar hələ də uzun müddət işğalda qalacaq. Yuxarıda qeyd etdiyim kimi, Ermənistanın siyasi və hərbi rəhbərliyi və ümumi cəmiyyət xaos içindədir, nə etmək istədiyini bilmir. Digər tərəfdən, özlərinin yaratdığı mifin içərisində qalıblar.

Dinc yolla torpaqlardan çıxmaq ağıllarına belə gəlmir. Danışıqlarda 5-6 rayon söhbətinin heç bir perspektivinin olmadığını bildiyindən Ermənistan rəhbərliyi bu haqda heç bir zaman erməni cəmiyyətinə bir söz deməyib və əksinə, son beş ildə bu əraziləri də öz xəritəsinə salıb. Yeri gəlmişkən, Azərbaycan rəhbərliyi bu məsələni heç vaxt beynəlxalq mövzuya çevirməyib”.

İnterpress.az