Ailə Məcəlləsi dəyişdirilirbackend

Ailə Məcəlləsi dəyişdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzakirələrdə qeyd edilib ki, Ailə Məcəllənin 22.2.1-ci maddəsi yeni redaksiyada verilib.
Belə ki, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlar valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir.

Əgər uşaq həmin valideynin yanında deyilsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir.

İclasda həmçinin, Məcəllənin 23.3-cü maddəsinə əlavələr edilməsi məsələsinə də baxılıb. Əlavəyə görə, \”çıxarışı\” sözündən sonra \”nikahın pozulmasının dövlət qeydiyyatı üçün\” sözləri əlavə edilib.

Eyni zamanda, 112.1-ci maddəyə \”bu qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir\” cümləsi əlavə edilib.

Məcəllənin 180.1 və 180.2-ci maddələri yeni redaksiyada verilib:

180.1. Müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasını dövlət qeydiyyatını aparır.

180.2. Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.

Qeyd edək ki, təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

İnterpress.az