Nalbandyan Ermənistanın geri addım atmasından danışdıbackend

Nalbandyan Ermənistanın geri addım atmasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu il mayın 5-də Ermənistan hökuməti Qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı qanun layihəsini müzakirə edərək rəy verilib. İlk olaraq layihənin parlamentə göndərilməsi barədə qərar verilsə də sonradan ermənilər geri addım atıblar. \”Biz Qarabağın müstəqilliyini dəstəkləmirik\”.

İnterpress.az-ın məlumatına görə, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Ermənistanın baş nazirinin sözçüsü Qoar Poqosyan öz \”Facebook\” səhifəsində \”Ermənistanın Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qanun layihəsini\” Ermənistan hökumətinin bəyəndiyi barədə məlumatı təkzib edib.

Hökumətin yekun rəyində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək.

Ermənilər daha öncə də dəfələrlə Qarabağın \”müstəqilliyi\” ilə bağlı məsələni gündəmə gətirməyə cəhd ediblər. Lakin onların bu cəhdləri hər dəfə uğursuzluğa düçar olub.

usiyanı özünün ən yaxın müttəfiqi adlandıran Ermənistanın bu ölkədən də dəstək görmək ümidi hər dəfə puç olur. Belə ki, qeyd edilən layihəyə rəy verilməmişdən bir gün öncə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanın qondarma Dağlıq Qarabağ Respublikasını tanımasına dair açıqlama verib. “Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək”.

Ən maraqlısı odur ki, ermənilər özləri də bu məsələyə o qədərdə inanmırlar. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bir neçə gün qabaq müsahibəsində deyib ki, Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasının “müstəqilliyini” birtərəfli qaydada tanımaqdan çəkinməlidir. O deyib ki, Ermənistan öz hərəkətləri ilə (söhbət Qarabağın “müstəqilliyinin” birtərəfli qaydada tanınmasından gedir) danışıq prosesindən yayınmamalıdır. Əksinə, ATƏT-in Minsk qrupunun danışıq prosesinə tamamilə qoşulmalı və öz hədəfinə çatmaq üçün çalışmalıdır. \”Müzakirə olunan “müstəqillik” sənədi üçün heç bir hüquqi əsas yoxdur\”.

İnterpress.az