“Əxilik-Qardaşlıq təşkilatları Anadoludan əvvəl Azərbaycanda yayılmışdı”backend

“Əxilik-Qardaşlıq təşkilatları Anadoludan əvvəl Azərbaycanda yayılmışdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu aynaya baxandə türkün yaradıcılıq qüdrəti və türk ruhunun böyüklüyü qarşısında heyrətə düşürsən. Otuz ilə yaxın bir zəman içində Türkiyəyə dəfələrlə gəlsəm və bu torpaqları dörd dəniz boyunca, eninə-uzununa gəzsəm də.hər gəlişimdə onun yeni bir zənginliyinin şahidi oluram.

Bu dəfə Kirşəhir Ahi Avran Unuiversitetinin dəvətlisiydim, Azərbaycan -Türkiyə ədəbi əlaqələri timsalında mili-mənəvi birliyimiz mövzusunda konfransım olacaqdı.
Ankaradan Kırşehirə gedən yol Orta Anadolunun baharın oğlan çağında gözalan bir yaşıllığa bürünmüş geniş yaylalarından keçir. Bu yaylalar, dağlar türklüyün yüksəliş çağlarını, zəfər və fəthlərini xatırladır. Yol yoldaşlarım- Türkiyənəni ünlü yazarlarından olan və Türk dünyası ədəbiyyatını Türkiyədə ardıcıl çevirib nəşr etdirən köhnə dostum İmdat Avşar və mıllət sevdalısı, iş adamı Mövlud Toprakla yol boyu bu duyğuları paylaşırıq. Mənim Kipşəhrə ilk dəfə gəldiyimi bildiklərindən Anadolunu vətən eləmiş, bura türklüyün silinməz imzasını atmış böyük insanların türbələrini, təkkələrini ziyarət edə-edə gedirik: Həsəndədə və onun övladlarının türbələri, Sofular türbəsi, Hacı Bektaş Dərgahı, Axi Evran camesi…Kalehöyük muzeyi…. Bunlarsız nə Kırşehirin ruhunu duymaq olar, nə də Orta Anadolunun türk tarixindki yerini dərk etmək….

Bu yaylalarda insan özünü dünyanın damındaymış kumi hiss edir, elə bil yer üzünün qalan yerləri səndən xeyli aşağıdadır. Elə bir genişlikdən keçirsən ki, sanki yamac-yamac, səhifə-səhifə, üfüq-üfüq açılan bu əkin-biçin yerləri, tarlalar, bağlar,dağarası vadilər dünyanın sonunadək uzanıb gedir və bu gözəlliyə heç vaxt payız nəfəsi dəymir, bu genişliyi dolduran gün işığı heç vaxt çəkilib getmir. Ancaq İmdat bəy bu ilki yazın yağmursuz keçdiyindən və quraqlığdan narahatdır.
Orta Anadoluda belə \”Dədə\”, \”Baba\” türbələri çoxdur. Şübhəsiz Azərbaycandakı eyni adlı məzarlar və ziyarətgahlar da eyni yolun yolçusu olmuş insanlara məxsusdur.
Ziyarət etdiyimiz türbələrin, camelərin hər biri Türk-Osmanlı tarixində mühüm rol oynamış adamların haqqa qovuşduqları-Haqqa yürüdüyü yerdə böyük sevgiylə ucaldılıb, bugünədək , diqqətlə və minnətdarlıqla qorunub; hər birinin cildlər dolduracaq tarixi var; fərqli olan Kalehöyük muzeyidir.

Bu muzey yaponların yayladakı bir kurqanda onillərlə apardıqları qazıntılar sonucu olaraq yaradılıb. Muzey de elə bir kurqandır. Kənardan baxanda yaşıl təpədir, ancaq yandan yolu var, içəridə zəngin və yüksək texnolojı özəllikləri olan bir muzey yerləşir. Arxeoloqların bu səliqəsi və sayqısını mən bizim Qəbəllədə Koreyalı mütəxəssislərin qazıntılarında da görmüşəm.
Muzeydə 6-7 min illik bir tarixin yadigarları qorunur.

Yol boyu diqqətimi çəkən ən mühüm cəhət adamların qeyri-adi dərəcədə xeyirxahlığı və yardım etmək duygusu oldu. Yaşlı adamların marağı, cavab vermək, izah etmək şövqü adamı həyəcanlandırır. Bunun özü də o ziyarətdə yatanların müqəddəc ruhlarının ölməzliyindən, nəsillərin ürəyində yaşadığından xəbər verir.
Bu günün ən undulmaz anlarını Hacı Bektaşı Vəli Dərgahinda yaşadıq. Bu ziyarətə çoxdan can atırdım. Hacı Bəktaşı türk irqinin yetişdirdiyi ən böyük, ən müqəddəs şəxsiyyətlərdən biridir.

Hacı Bektaşi Yəsəvidən başlanan Türk milli fikir intibahının ən uca zirvələrindən olmaqla \”Bəktaşilik\” adlanan və sonralar bütün Şərqə yayılan, sırasına bizim böyüklərimizdən Nəsimini, Şah İsmayıl Xətayini, Füzulini də qatan və Həzrəti Əliyə bağlı olan bir təriqətin yaradıcısıdır.

Burda Bəktaşilikdən geniş bəhs etmək niyyətim yoxdur. Qısaca onu deyə bilərəm ki, Türkiyədə Əxilər hərəkatının və Bəktaşiliyin tarixindən danışılarkən Azərbaycan kənarda saxlanıla bilməz. Çünki Bəktaşiliyin təməl qaynaqlarından olan Əxilik-Qardaşlıq təşkilatları Anadoludan əvvəl Azərbaycanda yayılmışdı. Kırşəhirdə (o zaman Gülşəhəri) əxiliyi yayan, əxilərin piri olan Ahi Evran da əslən Azərbaycanlı idi. O, 1175-ci ildə Güney Azərbaycanın Xoy şəhərində anadan olmuşdu. Bu vaxt artıq Gəncədə dahi Nizami Gəncəvinin də daxil olduğu Əxilik-Qardaşlıq geniş yayılmışdı. Ahi Evran (Əxi Əvran) Anadoluda ilk sənətkar birliklərini qurmuşdu. Özü 32 sənətin ustadı və müəllimiydi. Onun qurduğu sosial-iqtisadi-siyasi sistem Osmanlı imperatorluğunun idarəçilik fəlsəfəsi oldu. Osmanlı sultanları özlərini əxi-qardaşlıq birliyinə bağlı sayırdılar. Əxilərin bir deyimi məşhurdur: \”Əxi olanın əli-qapısı-süfrəsi açıq, sözü-beli-dili bağlı olar\” Ahi Evran 1264-cü ildə 93 yaşında əlində qılınc monqollarla savaşarkən öldürülmüşdü. Məni dəvət edən universitet də onun adını daşıyır.

Kırşəhirdə bu gün də qadınların, kişilərin bir-birinə \”qardaş\” deyə müraciət eləməsi əxilik ruhunun yaşadığını göstərir.
Ələvi və Bəktaşi böyükləri, onlarin ağlasığmaz mərifət və kəramətlər haqqqında çox yazılıb. Biz də birinin şahidi olduq. Yol boyu İmdat bəy quraqlıqdan şikayətlənirdi dedim. Sonuncu ziyarətimizdən, yəni Hacı Bəktaşı Dərgahından çıxan kimi havanın tutulduğunu gördük. Seyrək, iri damlalar səpələnməyə başladi. Bir dəqiqə sonra, özümüzü maşına çatdırmağa inkan tapmamış elə bir leysan başlandı ki, dükanların birində daldalanası olduq. Yazın bu çağında əsil bərəkət yağırdı və sonrakı iki gündə də davam elədi. Kim bilir bəlkə də sidqi-ürəkdən edilən ziyarət və verilən nəzirlərin bir sirli kəraməti də bu idi.

Sabir Rüstəmxanlı,
8.05.2016. İstanbul.

İnterpress.az