Deputat və oğluna qarşı qaldırılan iddia təmin edilmədibackend

Deputat və oğluna qarşı qaldırılan iddia təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Zəfər Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, deputat və oğlunun hər birindən 600 min manat kompensasiya tələb edən iddiaçıların onların böhtan və təhqirə görə cəzalandırılması tələbi məhkəmə tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, Elmira Axundovaya qarşı iddianın səbəbi onun \”Üç nöqtə\” qəzetində dərc olunmuş müsahibəsidir. Oğlu Həbib Axundov isə Whatsapp mesajına görə məhkəməyə verilib. Həbib Axundovdan külli miqdarda təzminat tələb edən şikayətçilər məhkəməyə təqdim etdikləri ərizədə göstəriblər ki, Ziya Vəliyevə aid telefon nömrəsinə göndərilən Whatsapp mesajında Həbib Axundov onları guya təhqir edib.Məhkəmə iclasında iddiaçıların nümayəndəsi məhkəmənin gedişindən narazı olduqlarını və ədalətli, obyektiv baxış üçün vəsatət qaldırdıqlarını deyib.

Həbib Axundovun nümayəndəsi isə iddiaların heç bir əsası olmadığını bildirib. “Etirazların heç bir əsası yoxdur. Məhkəmə prosesi etirazda göstərildiyi kimi aparılmayıb. Mülki Prosessual Məcəllədə də qeyd olunub ki, etiraz əsaslı deyilsə, baxılmadan saxlanılsın. Qaldı ki, nömrənin Həbib Axundova məxsusluğunun sübutu məsələsinə, deyim ki, qarşı tərəf həmin mesajların məhz Həbib Axundovun istifadəsində olan telefondan göndərildiyini sübut etməlidir. Amma qarşı tərəfdə sözügedən mesajların Həbib Axundov tərəfindən göndərildiyini sübut edən heç bir fakt yoxdur. A4 formatında məhkəməyə təqdim olunan sənədlərin montaj olduğunu düşünürəm.

Ortada belə bir sübut olmadığı üçün tələbin qəbul edilməsi məqbul hesab edilmir”.

İddiaçıların nümayəndəsinin məhkəmə tərəfindən mobil operatora sorğu göndərib nömrə sahibinin müəyyənləşdirilməsi barədə qaldırdığı vəsatət də hakim tərəfindən qəbul olunmayıb. Hakim bəyan edib ki, mobil operatoru prosesə cəlb etməyin mənası yoxdur. Çünki Whatsapp sosial şəbəkəsi xaricdən idarə olunur və həmin şəbəkə vasitəsilə aparılan yazışmalar yerli mobil operatorlar tərəfindən saxlanılmır.

Qarşı tərəfin nümayəndəsinin məhkəməyə sübutların tələbi ilə bağlı etdiyi müraciəti əsassız sayan deputat Elmira Axundovanın nümayəndəsi isə əlavə edib ki, alına bilməyən sübutların alınması üçün vəsatətin təmin edilməsi MPM-in 78-ci maddəsidir, tələb isə 85-ci maddə ilə qoyulub: “Bu iki maddə arasında fərq var. 86-cı maddəyə görə, sübutların təmin edilməsinə dair məhkəməyə yazılı müraciət olunmalıdır. Amma qarşı tərəf buna da əməl etməyib. Əvəzində isə 6 aydır ciddi cəhdlə prosesi uzatmağa çalışırlar. Bu mənada qarşı tərəfin etirazlarının heç bir qanunu əsası olmadığını düşünürəm”
Hər iki tərəfin nümayəndəsinin çıxışından sonra hakim qərarı elan edib və iddia əsassız sayılıb.

Həbib Axundovun nümayəndəsi Afət Qazıyevanın sözlərinə görə, Həbib Axundov və Elmira Axundovanın xeyrinə çıxan qətnamədə qeyd olunub ki, məhkəməyə təqdim olunan sübutlar əsassız olduğu üçün qarşı tərəfin iddiaları təmin olunmur.

Bundan əlavə, daha əvvəl \”Qafqazinfo.az\” saytında dərc edilən material sonradan \”Üç nöqtə\” qəzetində təkrar çap olunub. Lakin qarşı tərəf saytı yox, qəzeti məhkəməyə verib. Bu da şübhəli məqamları ortaya qoyur. Hansı ki, həmin yazıda Elmira Axundova özü və ailəsi haqqında səsləndirilən ittişamlara cavab vermişdi.

İnterpress.az