Deputat Zahid Oruc bildirib ki, bu təşəbbüslə bir Azərbaycan xanımı çıxış edir. O deyib ki, bu, Azərbaycan qadının nəcib, mərhəmətli obrazının formalaşmasında önəmli addımdır.
“Dövlət əfv edir, yenidən cəmiyyətə qayıdışa şərait yaradır. Bir dəqiqəsini bir ay kimi yaşayanlar dövlətin mənəvi mexanizmlə cəmiyyətə, ailəsinə qaytarır. Biz və siyasi partiyalar bağışlamağı bacırmalıyıq. Gələcək amnistisya qərarlarında nəzərə almağınızı istədiyim bir məqamı nəzərənizə çatdırmaq istəyirəm. Hörmətli Mehriban xanım, müstəqillik dövründə evlənməklə əlaqədar qız qaçırma məsələsini adam oğurluğu maddəsi ilə cinayətə çevirdik.
Bu vəziyyətdə problem həll olunmur. Ailə həyatını o cür qurmaq istəyənlər, ona kömək edənlər 11-13 illik cəzaya layiq görürlər. Bu problemin həlli üçün başqa yanaşma lazımdır. Biz həmin şəxslərə də şans verməliyik ki, onlar da azadlığa çıxsın. Çox gümanki onlar yenidən belə addımlar atmayacaqlar”.
Fərəc Quliyev bildirib ki, bu amnistiya aktı həm də humanizm aktıdır və bu Qarabağ danışıqlarında, münaqişənin diplomatik həll yolunda Azərbaycanın müsbət mənada manevr imkanlarını artıracaq.
Deputat Rəfael Cəbrayılov bildirib ki, amnistiya aktı həbsdəki şəxslərin tamamilə azadlığa buraxılması demək deyil.
“Amnistiya aktı islah olunma yoluna qədəm qoymuş və gələcəkdə yeni cinayətlərə gedə bilməyəcək insanların bağışlanmasıdır. Amnistiya aktları təcrübəsində bu amnistiya aktının xüsusi yeri olacaq, böyük insan kütləsinə cəlb edilməsi baxımından vacibdir”.
Deputat Çingiz Qənizadə qeyd edib ki, bu amnistiya aktı vaxtında qəbul edilmiş qərardır. “Mən azadlıqdan məhrum edilmə yerlərində tutulan şəxslərin çoxluğu ilə bağlı danışmışdım. 3500-ə yaxın şəxs azadlığa çıxacaq və nəticədə həbsxanalarda sıxlıq da aradan qalxacaq.
Biz hesablamışdıq ki, il 24 min məhkum üçün 80-100 milyondan artıq vəsait ayrılır. 3500 məıhbusun azad olunması 12 milyon vəsaitə qənaət olunacaq ki, bu vəsait də əhalimizin sosial problemlərin həllinə yönəlik sosial layihələrə cəlb olunacaq”.(modern.az)
İnterpress.az