“Abituriyent ali məktəbə daxil ola bilmirsə, repetitor yox, özü günahkardı”backend

“Abituriyent ali məktəbə daxil ola bilmirsə, repetitor yox, özü günahkardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün çox az şagird tapılar ki, hər hansı fənn üzrə müəllimlərlə hazırlaşmasın və özü illər ərzində qazandığı biliklərlə ali məktəbə daxil olsun. Lakin repetitorlar onların yanına hazırlaşmağa gələn abituriyentlərə ali məktəblərə daxil olmaları ilə bağlı təminat verirmi? Axı hazırlaşan hər abituriyent də ali təhsil ocaqlarına daxil ola bilmir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, repetitorluq qanun və qanunvericiliklə tənzim olunan iş deyil. Repetitorluq müəllim və abituriyent tərəfindən könüllü həyata keçirilən işdir.

“Ona görə repetitorluğa görə valideyn tərəfindən ödəniş verilirsə, o, bu məsələni nzərə almalıdır. Ümumiyyətlə, müəllim öncə şagirdin ali məktəbə qəbul olunacağına təminat verir, çünki elə olmasa, repetitor kimi ona müraciət edən az olar. Amma tam məsuliyyət daşımır. Burada abituriyentin özünün də çalışmasından çox şey asılıdır. Oradakı maliyyə münasibətləri valideynlə repetitor arasında həll olunur. Bu, “Təhsil haqqında” və ya “Elm haqqında” qanunlara aidiyyatı olmayan məsələdir. Repetitorların hamısı müşahidə edirəm ki, məsuliyyətlə çalışırlar ki, onların imici yüksək olsun, kontingenti artsın. Abituriyent işə gərək məsuliyyətlə yanaşsın. Repetitorun hazırladığı uşaqların 70 faizi ali təhsil ocaqlarına qəbul olunur. 30 faizi qəbul ola bilmirsə, burada repetitor yox, uşağın günahı var”.

Repetitorların məktəblərdə abituriyentləri hazırlaşdırması məsələsinə gəlincə, komitə sədri burada elə də problem olmadığını vurğulayıb.

“Məktəblərin çoxunda ali məktəbə hazırlıq kursları fəaliyyət göstərir. Şagirdlər dərsdən sonra məktəbdə qalır və müəllimlər şagirdləri imtahana hazırlamaq üçün əlavə dərs keçirlər, sorğu aparırlrar, test tapşırıqlarını həll edirlər. Mənə məlumdur ki, Naxçıvan Muxtar Respublikasının məktəblərində bu, pulsuz olaraq həyata keçirilir. Azərbaycanda məktəblərində də bu işin pulsuz təşkil olunan məqamları var. Hansı məktəbdə bu işə görə müəyyən ödəniş tələb olunursa, buna ayrıca baxıb təhlil etmək lazımdır. Belə hallar mənə məlum deyil”.(modern.az)

İnterpress.az