“Problemin getdikcə genişlənməsi ciddi çağırışlar etməyə əsas verir”backend

“Problemin getdikcə genişlənməsi ciddi çağırışlar etməyə əsas verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 25-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı “Bankların çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda dəyirmi masa keçirib. Musavat.com xəbər verir ki, tədbirdə yerli mütəxəssislər, ekspertlər iştirak ediblər. Tədbirdə ölkədə bank sektorunun çağdaş durumu və xarici valyuta ilə kredit borcları müzakirə olunub. Həmçinin, bankların xilası və xüsusən də vətəndaşlara güzəştlərin verilməsi formaları ilə əlaqədar müxtəlif ölkələrin təcrübələrindən danışılıb.

İlk olaraq çıxış edən ADR sədri Qubad İbadoğlu bildirib ki, ölkədə kredit problemi çox ciddidir: “Problemin getdikcə genişlənməsi ciddi çağırışlar etməyə əsas verir. Bu çağırışları etmək üçün toplaşmışıq”. Q.İbadoğlu problemlə bağlı hazırladığı təqdimatında qeyd edib ki, ilin əvvəli ilə müqayisədə on bank filialı və üç nümayəndəlik bağlanıb: “Bankların vergi ödəmələri azalıb. Vergi daxilolmaları 30 faiz azalıb. Bu, o deməkdir ki, mənfəətlə işləyən bankların ayı azalıb. Zərərlə işləyən bankarın sayı artıb. Bu barədə məlumatlar əldə edə bilmirik, banklar hesabatlarını tam şəkildə açıqlamırlar. Əhali kredit kartlarından imtina edir. Ötən bir ildə iki dəfə azalma olub. Bankların həm də kreditləşmə siyasətində dəyişiklik var. Ölkə iqtisadiyyatında kreditlər davamlı şəkildə azalır. Kredit qoyuluşu ötən ilin sonu ilə müqayisədə 2 milyard dollar azalıb. Ümumdaxili məhsulun tənəzzülü də müşahidə olunmaqdadır. İstehlak kreditləri də azalıb. Bu da alıcılıq qabiliyyətinin aşağı düşməsinə təsir göstərir. Depozitlərin dollarlaşması ilə bağlı son məlumat ondan ibarətdir ki, cəmi depozitlərdə xarici valyuta ilə olanların payı 81 faizə çatıb. Ödəmə vaxtı keçmiş kreditlərin sayı kəskin artıb. Problemli kreditlər bugünkü müzakirənin mərkəzində olacaq. Aprelin 1-nə olan məlumata görə, ödəmə vaxtı keçən kreditlərin məbləği 6,7 faiz təşkil edir”.

İqtisadçı tövsiyyələrini də açıqlayıb: “Fiziki şəxslərin iflası haqqında qanun qəbul olunmalıdır. Hüquqi şəxslərin müflisləşməsi haqqında qanun təkmilləşdirilməlidir. Müvafiq qanunvericilikdə dəyişiklik edilməli, kredit ombudsmanıyaradılmalıdır. Problemli kreditlər agentliyi yaradılmalıdır. Sığortalanan əmanətlərin dərəcələri manatla 12 faizdən 15 faizə, valyuta ilə 3-dən 5 faizə qaldırılmalıdır. Devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itkilər banklar, müştərilər və dövlət arasında bərabr paylaşılmalıdır”.

Qeyd edək ki, ekspertin çıxışında problemin həlli məqsədi ilə Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Banklar Assosiasiyasına və müvəkkil banklara tövsiyyələr ünvanlanıb.

İnterpress.az
( Musaavat)