\”Bakı Dövlət Universitetinin daxilində olan çöl üstü kafedə, gənc yazar Kəramət Böyükçölü gördüm. Onunla tanışlığım Facebook sosial şəbəkəsindəndir. Bir neçə dəfə onun yazılarını oxuyub, gənc yazar kimi, onu tanıyırdım.\”
Bu gün, yəni 25 May 2016 cı ildə Bakı Dövlət Universitetinə yolum düşdü, Kəramət Böyükçölü, Bakı Dövlət Universitetinin çöl üstü kafesində görəndə onunla salamlaşıb tanışlıq verdim: “Salam necəsən, tanıdın məni?” O, mənə baxaraq dedi ki, tanış gəlirsən, mən ona bildirdim ki, mən Nizami Gəncəvinin yurdunda yaşayıram, (GƏNCƏDƏ ), sizinlə tanışlığım Facebook-dandır, mənim dosluğumda varsız.
Kəramət Böyükçöl, Universitetin kafesində bir neçə yoldaşla oturub çay içirdi, həmçinin mənimdə yanımda yoldaşlar var idi, onlarda mənim və onun sözünü təsdiqləyərlər. Kəramərtin mənə cavabı bu oldu ki,
Mən buna qəzəblənərək, Kəramət Böyükçölə sərt cavab verdim və bildirdim ki, Nizami Gəncəvini sizə nümunə çəkə bilərəm.
Görünür, Kəramət Böyükçöl, adı üstündə olduğu kimi, vaxtını çöllərdə keçirtdiyindən, Azərbaycanı əsərləri ilə dünyada tanıdan, şərqin poeziya günəşi Nizami Gəncəvidən xəbəri yoxdur.
Dünya ədəbiyyatçılarının əsərlərini çıraq-çıraq gəzsən, Məhsəti Gəncəvinin, Şeyx Nizami Gəncəvinin, əsərlərinə, nümunə çəkmək çox çətin olar, dünyanın elə bir ölkəsinin kitabxanası yoxdur ki, orada Nizami Gəncəvinin əsərləri olmasın.
Bu gün Kəramət Böyükçöl kimi, vaxtını kafelərdə, çöllərdə keçirdən, yazara, ədəbiyyatçıya, bildirmək istəyirəm ki, kafelərdən vaxt edib, Nizami Gəncəvi əsərlərini oxusan, onun nə qədər böyük şair olduğunu dərk edərsən, və bilərsən ki, Azərbaycanı əsərləri ilə dünyada tanıdan Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh Gəncənin şair, yazıçılarıdır.
Heyif sizin kimi gənc yazara, ədəbiyatçıya, heyif bu çür gəncliyə.
İnterpress.az