“Hərflərimizi “yeməyin”backend

“Hərflərimizi “yeməyin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan dilində elə sözlər var ki, bu sözlərin yazılışı ilə deyilişi fərqlidir və çox vaxt belə sözlərin yazılışı zamanı böyük mübahisələr yaranır. AMEA Dilçilik İnstitunun keçmiş direktoru, professor Qulu Məhərrəmli Sputnik-ə açıqlamasında bəzi mətləblərə aydınlıq gətirib.

\”Dilimizdə belə sözlər çoxdur. Bu, orfoepiyadır. Məsələn, tələffüzdə \”baxça\” deyilir, amma yazılan zaman \”bağça\” yazılır. Sözün kökü bağ sözündəndir, yəni balaca yer mənasındadır. \”Uşaq bağçası\” da, həyətyanı \”bağça\” da eyni cür yazılır\”, — professor bildirib. O, rəhbərlik etdiyi azleks.az saytında 10 mindən çox Azərbaycan sözünün düzgün yazılışının verildiyini qeyd edib: \”Dilimizdə ənənəvi olaraq səhv yazılan sözlər var. Çox adam \”məhrum\” sözünün əvəzinə \”mərhum\” və ya \”layihə\” sözünün əvəzinə \”lahiyə\” yazır. Bu sözləri qarışıq salırlar. İnsaların çoxu sözləri tələffüz etdiyi kimi yazmağa meyllidirlər\”.

\”Amma dilin yazı və tələffüz şəkli var. Bunlar bir-birindən fərqlənir. Elə sözlər var ki, deyildiyi kimi yazılır, amma elə sözlər var ki, onda hərflər tələffüz zamanı dəyişir. Məsələn: \”quşlar\” yazırıq, amma \”quşdar\” oxuyuruq\”, — ekspert vurğulayıb.

Q. Məhərrəmlinin sözlərinə görə, bəzən qaydaları nəzərə almırlar, ona görə səhvlər ortaya çıxır: \”Uzun sözlər var ki, orada hərfləri \”yeyirlər\”. \”Müvəffəqiyyət\”, \”niyyət\”, \”cümhuriyyət\” kimi sözlərdə bir \”y\” hərfini yazmırlar ki, bu da böyük səhvdir\”. Professor hər kəsi, xüsusilə KİV nümayəndələrini ana dilimizin qayda-qanunlarına hörmətlə yanaşmağa, çətinliyə düşüldüyündə, \”yola vermək\” əvəzinə, lüğətlərdən istifadə etməyə səsləyib. (sputnik.az)

İnterpress.az