İnterpress.az “Dunyabulteni”-nə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Trakyadan Sibirə qədər bizi maraqlandırır” ifadəsini “Trakyanı istəyirlər” kimi tərcümə edən Yunan Dövlət Agentliyi iki ölkə arasında krizisə səbəb olub.
Agentliyin Ankara nümayəndəsi Aris Abakisin tərcüməsi, Yunanistanda “Türkiyə Trakyada referendum etmək istəyir” kimi başa düşülüb. Buna görə Yunanistan Xarici İşlər Nazirliyindən açıqlama verilib və Trakyanın Yunanistana aid olduğu vurğulanıb. Yunanistan Türkiyəni Lozanna razılaşmasını pozmamağa və Yunanistanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Tərcümənin yanlışlığı daha sonra məlum olub, tərcüməçi işdən çıxarılıb. Abakis öz günahını səssizcə qəbul etdiyini söyləyib.
İnterpress.az