Bakıda ölülər bayramını keçirən kimdir? – FOTObackend

Bakıda ölülər bayramını keçirən kimdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni-yeni “bayramlar” təqvim günümüzə “sırınmaqda“ davam edir. Məsələnin fərqinə varmadan, mahiyyətini bilmədən Qərb və Avropa ölkələri edir deyə biz də onlar kimi görünmək, onlara oxşamaq üçün bir sira bayramları qeyd edirik. Bu azmış kimi son zamanlar Bakıda “31 oktyabr- Halloween” gününə “möhtəşəm” hazırlıqlar başlayıb. Bu hazırlıq elə böyük çoşğu ilə, sevinclə başlayıb ki, sanki dədə-babamızdan bizə miras qalıb.

İnterpress.az xəbər verir ki, bir neçə gündür ki, məşhur geyim mağazarının birinin önündə Holloven bayramına “möhtəşəm” hazırlıq gedir. Mağazanın şüsələri, qapının önü ölü heykəlləri və balqabaqdan hazırlanmış başlarla bəzədilib. İstər dinimizə, istər əqidəmizə, istərsə də ən-ənələrimizəvə yad olan, bu “bayramın” bizə zərrə qədər də aidiyyəti olmadığı halda nə üçün mədəniyyətimizə sırınır?

Hələ bəzi sosial şəbəkə istifadəçiləri “sevimli bayramları” ilə əlaqədar statuslarında yazırlar:- “Bütün müsəlmanların “Halloween” bayramını təbrik edirik!
Nədir bu “Halloween” bayramı və bizə nə qədər aidiyyatı var?

Rəvayətə görə, Cek adlı bir oğlan şeytanı aldadaraq onunla şərt kəsir ki, guya şeytan heç vaxt onun ruhunu almayacaq. Zaman keçir Cek ölür. Cekin çoxlu günahları olduğu üçün o cənnətə düşə bilmir. Cəhənnəmə isə qəbul olunmur, çünki şeytan nə olursa olsun onun ruhunu almayacağına söz vermişdi. Cekin ruhunu bir yerə yerləşdirmək üçün şeytan boranının içinə bir hissə cəhənnəmdən yerləşdirərək Cekin ruhunu oraya yollayır. Halloween Xristianlara aid bir bayramdır. Ancaq buna baxmayaraq bir çox Xristian din mənsubları qəti olaraq bu bayramın keçirilməsinə qarşı çıxırlar. Buna misal kimi Rus Provaslav kilsəsini deyə bilərik. Rusiyada din rəhbərləri tərəfindən bu bayram “qanunsuz” hesab edilir. Fransa və Avstraliyada Halloven bayramı amerikallıların təsiri ilə yaradıla, kommersiya cəhətdən ziyanlı bir bayram kimi qəbul edilir.

Yeri gəlmişkən qara pişiklər və bayquşlar da Hallovenin sevimli personajı hesab olunur. Bunu da bilməyiniz vacibdir ki, Orta əsr Avropasında bayquşlar ifritələrin gizli cildi hesab olunur və bayquş səsi kiminsə ölüm ayağında olduğu kimi qəbul edilirdi.
Bu qədər informasiyadan sonra 1 ay əvvəldən hazırlandığınız bu “bayramı” qeyd edib-etməmək artıq sizing öhtənizə qaldı.

Bakıda ölülər bayramını keçirən kimdir? - FOTO

Bakıda ölülər bayramını keçirən kimdir? - FOTO

Bakıda ölülər bayramını keçirən kimdir? - FOTO

Bakıda ölülər bayramını keçirən kimdir? - FOTO

Bakıda ölülər bayramını keçirən kimdir? - FOTO

Bakıda ölülər bayramını keçirən kimdir? - FOTO

Bakıda ölülər bayramını keçirən kimdir? - FOTO

Səidə Mustafayeva
İnterpress.az