Bunu İnterpress.az-a açıqlamasında, professor, səhiyyə üzrə ekspert Adil Qeybulla bildirib.
Dövlət xəstəxanaları, bələdiyyə hesabına olan xəstəxanaların hüquqi şəxs qismində çıxış etməsi bu o deməkdir ki, bunlar əsasnamə yox, nizamnaməyə əsasən fəaliyyət göstərəcəklər. Yəni nizamnaməsi olan təşkilat müstəqil hesab olunur. Dövlət xəstəxanalarının bir qisminin müstəqil olması onların öz tabeliçiyində müəyyən xidmətlərin təsərüfat hesabına – yəni ödənişsiz sisteminə keçmək anlamına gəlir. Ola bilsin ya bütün, ya da ki, bir hissə xidmətlər pullu olsun. Bir hissəsinin pullu olması müəyyən manukulasiya imkanları yaradır ki, xəstəxana daxilində anlaşılmazlıq ola bilər. İndiki durumda dövlət xəstəxanalarının pullu olması çətin məsələ olacaq. Təklif edirəm ki, daha çox dövlət xəstəxanalarının maddi texniki bazası möhkəmləndirilməsi üçün icbari tibbi sığorta paketi işə düşsün. 16-17 ildir ki, icbari tibbi sığorta haqqında qanun qüvvədə olsada, amma həldə keçərli deyil, icrasına başlanılmayıb. İcbari tibbi sığorta paketinə daxil olan gəlirlər hesabına da müalicə proflaktika müəssisəsləri özlərini yaşada bilərlər. Artıq bu sistemə keçmək lazımdır. Bu dünya sistemidir. Böyük Birtaniya kimi bir ölkədə dövlət xəstəxanaları 95% təşkil edir. Buna görə hesab edirəm ki, hələlik izahlı arayiş verilmədiyindən məsələyə tam dəqiq rəy vermək olmur. ABŞ-da səhiyyə xərcləri onun federal xərcləridən böyükdür. Yəni bu qədər diqqət yetiriblər. Daha sonar, səhiyyə xərcləri ABŞ-ın hərbi sahəsinin xərcləridən 8 dəfə çoxdur. Bütün bunlar göstərir ki, səhiyyə sistemi sosial müdafiənin mühüm bir formasıdır. Və burada insanlara nə qədər çox qayğı göstərirlərsə onlarda o qədər rahat yaşayırlar. Çünki, hər kəs sağlamlığından narahatdır. Belə bir vəziyyətdə Azərbaycanda da insanların narazıçılığı başa düşüləndir. Bir daha qeyd edirəm ki, Nazirlə Kabineti bu analaşılmazılığın aradan qaldırılmasına izahlı arayış verməlidir\”. İzahlı arayışın mahiyyətindən danışan eskpert bildirir ki, dövlət xəstəxanalarının hüquqi şəxs kimi yəni nizamnamə ilə çıxış etməsinin əsasında nə dayandığını qeyd etməlidir: Əgər burada ödənişli xidmətdən ödənişsiz ssitemə keçiməsi nəzərdə tutulursa buna haradan ehtiyac olduğunu izah etməlidir. İnsanlar tam aydın deyil, təşviş içindədilər. Dövlət xəsətəxalarında ödənişin olması Sovet dövründə də vardı. Amma artıq bunun rəsmiləşdirlməsi ciddi məsələdir”, – deyə ekspert fikirlərini yekunlaşdırıb.
Gülşanə Mustafayeva
İnterpress.az