Bəs görəsən bu görüntülərə görə xanım jurnalist cəzalana bilərmi? Teletənqidçi, jurnalist, filologiya elmləri doktoru, Qulu Məhərəmli İnterpress.az-a bildirib ki, bu cür proqramların məqsədi adutoriyanı məlumatlandırmaq deyil, tamaşaçını duyğunlandırmaq və əyləndirməkdir. Ona görə də bu jurnalistika hadisəsi deyil və jurnalistika prisinsipindən də burada danışmaq doğru olmazdır:
“Sadəcə olaraq efir etikası var. Amma biz nəzərə almalıyıq ki, bu görüntülər efirə getməyən materialdır. Buna görə də biz görüntü haqqında efir materialı kimi danışıb tənqid edə bilmərik. Amma nəticə etibarı ilə o şəxsin efirə bu vəziyyətdə gətirilməsi emosional vəziyyət yaratmaq, dramatizmi artırmaqdır. Əlbbətə ki, bu yol verilən hal deyil. Hadisənin bir neçə iştirakçısı varsa və bunu əlbir şəkildə edirlərsə bu artıq iki qat suçdur. Təəsüf ki, televiziyalarımızda əyləncə proqramı adı ilə buna bərabər üsullardan istifadə edirlər. Şübhəsiz ki, belə hallar yol verilməzdir. Televziyalarda – ümumiyyətlə, cəmiyyətdə insanlar arasında münasibətlər yerində deyil. Bu materialında da kim və nə üçün yayıldığını müəyyən etmək çətindir”.
Bilirik ki, Xoşqədəm Hidayət qızı bu yaxınlarda “əməkdar jurnalist” adı alıb. Layihədə sünu üsullara əl atdığına görə onun fəxri adı geri alına bilər? sualına cavab olaraq, teletənqidçi bildirir ki, ad onun üçün şərti məsələdir. Azərbaycanda çox layiqli jurnalistlər var ki, heç adları yoxdur:
“Çox mənəviyyatsız insanlar var ki, onların fəxri adları var. Fəxri ad mənim üçün göstəricidi deyil. Bu materialda olanlar fəxri adı geri alınması üçün heç bir əsas yaratmır”.
Bəs fəxri ad hansı halda geri alına bilər? sualına cavab olaraq Q. Məhərrəmli bildirir ki, onda gərək Azərbayacnda 90 faiz jurnalistlərin adı geri alınsın:
“Bu hüquqi prosesdir. Bunu daha yaxşı hüquqşünaslar bilərlər”
Gülşanə Mustafayeva
İnterpress.az