İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Eçeverri bunu Kolumbiyada 50 illik silahlı münaqişəyə son qoyan sülh sazişinin imzalanması mərasimindən sonra deyib.
“Biz ümid edirik ki, Tramp hökuməti dünyada və bizim qitədə sülhün təmin edilməsində əhəmiyyətli rol oynayacaq”, – deyə Timoçenko çıxışında bildirib.
Qeyd edək ki, ötən gün Boqotada KİSQ və Kolumbiya hökuməti arasında yekun sülh sazişi imzalanıb.
Sənəd ölkə prezidenti Xuan Manuel Santos və üsyançıların lideri Rodriqo Londonyo Eçeverri tərəfindən imzalanıb.
İnterpress.az