Hakerlər ATB-dən 400 min dollar kriptovalyuta TƏLƏB EDİRbackend

Hakerlər ATB-dən 400 min dollar kriptovalyuta TƏLƏB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATB-nin saytı sındırılıb, hakerlər 400 min dollar kriptovalyuta tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

ATB-nin saytının haker hücumuna məruz qaldığı bildirilir. Məlumata görə, kiberhücum edən şəxslər 400 min dollar (təxminən 680 min manat) məbləğində kriptovalyuta, USDT və ya BTC tələb edirlər.

Hakerlər 7,9 milyon müştərinin məlumatlarına, 120 mindən çox əməkdaşın pasport məlumatlarına və digər informasiyalara sahib olduqlarını iddia ediblər.

Sonradan saytın fəaliyyətinin bərpa edildiyi bildirilib.

ATB – 1993-cü ildə Dnepr şəhərində təsis edilmiş Ukraynanın ən böyük pərakəndə satış supermarket şəbəkəsidir.

Xuraman Etibarlı

İnterpress.az