Volqoqrad hava limanında sərnişinlər etiraz aksiyası keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Volqoqrad hava limanında sərnişinlər uçuşlarını iki gün gözlədikdən sonra etiraz olaraq yoxlama zonasından çıxışı bağlayıblar.
Nəticədə digər sərnişinlər təyyarələrinə keçə bilməyib və bəziləri minik üçün gecikmə təhlükəsi ilə üzləşib.
Hadisə yerinə polis gəlib və yaranmış vəziyyətə müdaxilə edib.
Xuraman Etibarlı
İnterpress.az






