Nijni Novqorod vilayətində üç nəfərin qətli ilə bağlı şübhəli şəxs saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Nijni Novqorod vilayətində üç nəfərin öldürülməsi ilə bağlı bir kişi saxlanılıb.
İstintaqın məlumatına görə, şübhəli parçalanmış cəsədləri meşəyə aparmağa çalışıb.
Şübhəli şəxs qaçmağa cəhd edərkən Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.
“Axtarış zamanı sərnişinin baqajında insan qalıqları aşkar edilib. Saxlanılan şəxsin sözlərinə görə, o, üç qadını öldürüb: partnyorunu və onun iki qohumunu”, – məlumatda bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






