Biznes-ledi və 19 yaşlı qızının qətli şəxsi münasibətlər zəminidə baş verib – Rusiya KİVbackend

Biznes-ledi və 19 yaşlı qızının qətli şəxsi münasibətlər zəminidə baş verib – Rusiya KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada iş adamı Yelena Tseretelinin və 19 yaşlı qızının qətlində heç bir motiv yoxdur.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada Julebinski bulvarındakı mənzildə iş adamı Yelena Tseretelinin parçalanmış meyitinin hissələri aşkarlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadının qətlində onunla birgə yaşayan şəxsin əli ola bilər.

Şübhəli şəxs, Gürcüstan əsilli 47 yaşlı Teymuraz Qoqiaşvili Voronej vilayətində saxlanılıb.

Yelena Tseretelinin bacısının iki gün ərzində onunla əlaqə saxlaya bilmədiyi bildirilir. Daha sonra qadının 19 yaşlı qızının meyiti də Teymurazın qarajında aşkarlanıb.

Qarajda silah və sursat gizlədilən yer də tapılıb.

Saxlanılan şəxs qətllərdə maddi marağın olmadığını, hadisənin məişət münaqişəsi zəminində baş verdiyini bildirib.

Onun qismən təqsirini etiraf etdiyi qeyd olunur. Teymuraz G. ikiqat qətl və silahların qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunur.

Məlumata görə, şübhəli şəxs əvvəllər fitnes məşqçisi işləyib, Rusiyada yaşayış icazəsi və avtomobil ehtiyat hissələri biznesi olub.

Onun şirkətinin 43 milyon rubl (təxm. 865 min man) borcu olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az