Malayziyada qadın keçmiş sevgilisindən üç qutu çek alıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Malayziyada bir qadın üç illik münasibətdən sonra keçmiş sevgilisindən üç qutu çek alıb.
Məlumata görə, kişi münasibətləri dövründə restoran, kino, səfər və alış-veriş zamanı edilən ödənişlərin çeklərini saxlayıb.
Çekləri illər və aylar üzrə səliqə ilə qruplaşdıran kişi daha sonra birlikdə etdikləri xərcləri hesablayıb və qadından həmin məbləğin yarısını kompensasiya etməsini istəyib.
Xuraman Etibarlı
İnterpress.az






