Moskvaətrafı Ramenskdə 6 nəfər silah və elektroşokla hədələnərək işlədilib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Moskvaətrafı Ramensk şəhərində 6 nəfərin məcburi əməyə cəlb edilərək köləlik şəraitində saxlanıldığı müəyyən edilib.
Hadisə ilə bağlı ehtimal olunan təşkilatçılar, işə cəlb edən şəxs və “iş evi”nin iki idarəçisi saxlanılıb.
İrina Volk bildirib ki, şübhəlilər insanları zorla saxlayıb işləməyə məcbur edir, onları silah və elektroşok cihazları ilə hədələyiblər.
Xuraman Etibarlı
İnterpress.az






