İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Taleh Naibov və Ukrayna vətəndaşı Valentina Bilık 19 ədəd 500 avroluq saxta əskinası satarkən saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.
İnterpress.az