\”Diqqət edin. İttihamın beşi bir qəpikdən havaya üfürülür. Xədicə Kərimliyə ilişir, Müsavat Partiyasının əsas media ruporu AXCP sədrinin müavini Gözəl Bayramlını ifşa edir, Gültəkin Hacıbəyli adında siyasətçi \”Cəmil müəllimin başı elmi işlərə qarışıb”- sarkazmı ilə \”ağsaqqal”ı mədəni şəkildə pensiyaya göndərir və s. Məqsəd isə ondan ibarətdir ki, 2018 – ci il Prezident seçkilərinə qədər biri digərindən daha önə çıxsın. Daha doğrusu səfirliklər, Beynəlxalq Təşkilatlar qrant kisələrini açanda biri digərindən daha çox qazansın, faydalansın. Vəssalam. Başqa amal yoxdu.
Amma deyəsən Cəmil Həsənli Gültəkinin \”Milli Aşura” sədrliyinə olan iddiasından əməllicə cırnayıb, hiddətlənib. Ona görə, yeri gəldi-gəlmədi \”Azadlıq”ın manşetində sərsəm yazılarla \”raskrutka” edir, hətərəm-pətərəm fikirlər söyləyir. Gözəl Bayramlını isə guya öldürmək istəyirmişlər, millətin də xəbəri yoxmuş. Eyvah! Dünyanın ən qorxunc killerinə nəinki kimsə, hətta Bayramlının özü belə bir ətək pul versə ki, gəl məni vur- yenə ona kimsə toxunmaz. Kimsiz axı siz? Kimə lazımsız axı siz? Niyə hədələsinlər? Niyə qorxutsunlar? Səbəb? Əli Kərimlinin müavini olduğun üçünmü? Ay \”GÖZƏL” qız, bir şeyi unutma: Sənin Kərimlin üzərinə güldan qoymaqdan, üstünə çıxıb pərdə asmaqdan savayı heç nəyə yaramayan köhnə televizor kimi bir şeydir. Hətta \”kumanda”sı (pultu) da oğurlanıb, bilinmir kimlərin əlindədir. Düzdür təpəsindən bərk vuranda ekranda nəsə cızıq gedir. Amma yenə çifayda. Zamanı ötüb. Lazımsızdır. Çoxdan tarixin və siyasətin ridumentinə çevrilib. Eləcə də sizin komunuz ”. (7news.az)
İnterpress.az