Sakinləri “Bakı Metropoliteni”  köçürür? – RƏSMİ CAVABbackend

Sakinləri “Bakı Metropoliteni” köçürür? – RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Motodrom” ərazisində yaşayan sakinlərin etiraz aksiyasına münasibət bildirərkən deyib.

Banövşəyi xəttin Xocasən elektrik deposu ilə \”Avtovağzal\” stansiyası arasında metrostansiya yox, tunel tikilir. Evlərin köçürülməsi qərarını da metropoliten verməyib. Ərazidəki evlərin köçürülüməsi ilə bağlı qərar, müvafiq dövlət qurumlarının səlahiyyətlərinə daxildir:

\”Evlər qiymətləndirici şirkət tərəfindən qiymətləndirilməsindən danışan N.Paşayev əlavə edib ki, müvafiq qurum tərəfindən kompensasiya olaraq maliyyə ayırıb: “Köçürmə işini isə Binəqədi rayon icra hakimiyyəti həyata keçirir”, – deyə əlavə edib.

Xatırladaq ki, Azadliq.org xəbər verir ki, “Motodrom” ərazisində yaşayan sakinlər etiraz aksiyası keçirib. Ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verildiyi üçün 66 evin sökülməsi gözlənilir. Amma adiyyatı qurumlar evlərə uyğun kompensasiya ödəmir. Qiymətdə razılıq olmadığından sakinlər evlərindən çıxmaq istəmirlər və etiraz aksiyası keçiriblər.

Gülşanə Mustafayeva
İnterpress.az