Gediş haqq kartla olan avtobuslarda arta bilər? – AYDINLIQbackend

Gediş haqq kartla olan avtobuslarda arta bilər? – AYDINLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarif Şurası Bakı Nəqliyyat Agentliyinin əsaslandırılmış təklifinə əsasən qərar verə bilər ki, qiymət artsın, ya da ki, artmasın:

Bunu İnterpress.az-ın sualına cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifələndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

“Bununla bağlıda BNA Tarif Şurasına heç bir təklif verməyib. Onların da qiymət artımı ilə bağlı hər hansısa bir qərarı yoxdur”.

“BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev isə bildirir ki, “BakuBus” daşıyıcı şirkətdir və ictimai nəqliyyatı tənzimləyən qanunverivciliyin tələblərinə uyğun şəklidə öz fəaliyyətini həyata keçirir: “İctimai nəqliyyatda gediş haqqının təyin olunması və tənzimlənməsi isə “BakuBus”un səlahiyyətlərinə daxil deyil. Biz sadəcə bu sahədə mövcud olan tələbləri yerinə yetiririk. Hal hazırda gediş haqqının ödənişləri əvvəlki qaydada həyata keçirilir və heç bir dəyişiklik yoxdur”, – deyə əlavə edib.

Gülşanə Mustafayeva
İnterpress.az