İnterpress.az-ın xəbərinə görə, bunu parlamentin sədr müavini Bahar Muradova Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatılarına Dövlət Şurasının birgə hazırladığı “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.
Komitə sədri bildirib ki, yeni qanun layihəsi Xocalı soqırımının törədilməsindən 25 illiyi ilə bağlı hazırlanır. B.Muradova deyib ki, nəzərdə tutulan qanun layihəsi Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim ediləcək.
Deputat Azay Quliyev də çıxışında bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil edilməsidir. A.Quliyev vurğulayıb ki, bu gün Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət kampaniyası” uğurla davam etdirilir.
İnterpress.az