4000-dən çox insan İİV testindən keçibbackend

4000-dən çox insan İİV testindən keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterpress.az-a verilən xəbərə görə, \”Avropa İİV-ə testləşmə həftəsi\” çərçivəsində noyabrın 18-dən 25-dək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı müayinə və məsləhətləşmə aksiyaları Park bulvar, Metropark Ticarət mərkəzində, Bakı Texniki Kolleci, Mingəçevir politexnik İnstitutu, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, ATU-nun Tədris Terapevtik Klinikası, Şəki Tibb Kolleci və regionlarının ictimai, mədəni-maarif ocaqlarında keçirilib.

Aksiya zamanı mərkəzin mütəxəssisləri İİV- infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə iştirakçılara ətraflı məlumat veriblər. Tədbirdə könüllü olaraq 4000-dən artıq insan İİV-ə test müayinəsindən keçiblər.

Bununla yanaşı \”Avropa İİV-ə testləşmə həftəsi” kampaniyası çərçivəsində ölkənin bir necə şəhər və qəsəbələrdə geniş əhali kütləsi üçün İİV-lə bağlı müayinələr və maarifləndirici tədbirlər aparılıb, broşur və bukletlər paylanıb.

Bu aksiyalar zamanı pulsuz və anonim qaydada İİV-ə ekspress-testdən keçmək, 15 dəqiqə ərzində öz İİV statusunu (yoluxub-yoluxmamağını) müəyyən etmək imkanı yaradılıb.

Xatırladırıq ki, “Avropa İİV-ə testləşmə həftəsi-2016” ümumavropa müayinə və maarifləndirmə kampaniyasında Avropanın 54 ölkəsindən 800-dən çox dövlət və ictimai təşkilatlar iştirak edib. İlk dəfə “Avropa İİV-ə testləşmə həftəsi” 2013-cü ildə 20 beynəlxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə keçirilib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi “1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü “ ilə əlaqədar dekabrın 1-dən 10-dək müəssisə və təşkilatlarda İİV/QİÇS-lə bağlı müayinə, maarifləndirmə tədbirlərini davam etdirəcək.

İnterpress.az