Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, noyabrın 27-də Bakı şəhər sakini Həcər Əliyeva Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100 dollarlıq saxta əsginası dəyişdirmək istəyərkən Nəsimi rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 22-ci Polis bölməsinə təhvil verilib.
İnterpress.az