İnterpress.az xəbər verir ki, bu ərazi qiyamçıların olduğu əraziləri hissələrə ayırır.
Britaniyada mənzillənın Suriya İnsan Haqları Qrupu və dövlət televiziyası bildirib ki, Saxur rayonu Suriya Ordusunun əlinə keçib.
Suriya Ordusu və onun müttəfiqləri sentyabrda Hələbin geri qaytarılması üçün irimiqyaslı əməliyyata başlayıb.
Həftəsonu ağır döyüşlərdən sonra minlərlə sakinin şəhərin qiyamçıların nəzarət etdiyi ərazini tərk etdiyi deyilir.
Qiyamçıların nəzarətində olan ərazidə 250 min insanın yeməksiz və tibbi yardımsız qaldığı güman edilir.
İnterpress.az