Dekabrın 2-dək davam edəcək sessiyada ölkəmizi Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, Efiopiya Federativ Demokratik Respublikasındakı Səfiri Elman Abdullayev, YUNESKO üzrə Milli Komissiyanın müşaviri Gülnarə Ağalarova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və digər əməkdaşlar təmsil edir.
İclas çərçivəsində qeyri-maddi mədəni irsin qorunmasına dair müzakirələr aparılacaq və hesabatlar təqdim olunacaq.
İnterpress.az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən xəbər verir ki, Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən birgə hazırlanan və YUNESKO-ya təqdim edilən \”Lavaş, Katırma, Jupka, Yufka – Nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti\”nin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi haqqında qərar verilməsi gözlənilir.
İnterpress.az