İnterpress.az Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, noyabrın 26-da Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Əliyev Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100, 1 ədəd 20 və 1 ədəd 5 dollarlıq saxta əskinası dəyişərkən Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 22-ci PB-yə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az