Türkiyə Hollandiyaya 2 nota verdibackend

Türkiyə Hollandiyaya 2 nota verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Notaların birincisində nazirin öz ölkəsinin diplomatik nümayəndələri ilə görüşməyə tam haqqı olması və buna şərait yaratmaq üçün qəbul edən dövlətin öhdəlik daşıması xatırladılıb. Hollandiyanın sözügedən addımlarla 1961-ci il Diplomatik münasibətlər və 1963-cü il Konsulluq əlaqələri haqqında Vyana sazişlərinin şərtlərini açıq şəkildə pozduğu nəzərə çatdırılıb. Hollandiyanın bu mənada qınandığı və Türkiyənin yazılı üzr gözlədiyi vurğulanıb.

Eyni zamanda, notada təzminat haqqını saxlamaq şərtilə sözügedən pozuntuların araşdırılması, pozuntuları reallaşdıranlar haqqında məhkəmə, inzibati və cinayət sanksiyalar tətbiq olunması və nəticə barədə nazirliyə məlumat verilməsi tələb edilib. Həmçinin, diplomatik nümayəndələrin bütün əmlakı, beynəlxalq konvensiyalardan irəli gələn hüquqları, toxunulmazlığı, imtiyaz və güzəştlərinə bundan sonra hörmət göstəriləcəyinin yazılı olaraq təsdiq edilməsi istənilib.

İkinci notada isə, Niderland təhlükəsizlik orqanlarının ötən həftəsonu yaşanan hadisələrdə dinc toplaşma haqqından istifadə edən şəxslərə çox sayda müdaxilələr etməsi, qeyri-insani və ləyaqəti alçaldan üsullardan istifadə edərək, Türk cəmiyyəti və vətəndaşlarını pis rəftara məruz qoyması qeyd olunub. Bu halların əsas insan hüquqları, Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan öhdəlikləri ağır şəkildə pozması vurğulanıb. Haqqında bəhs olunan müdaxilə nəticəsində zərər görən vətəndaşların vəziyyəti haqqında məlumat verilməsi tələb edilib.

Yekun təhlildə, Hollandiyada Türkiyə vətəndaşlarına pis rəftar göstərən, dinc toplaşmaq haqqı ilə mətbuat azadlığını əlindən alan təhlükəsizlik əməkdaşlarının kimliyinin müəyyən edilərək cinayət sanksiyalarına cəlb olunması üçün lazımlı hüquqi tədbirlər görülməsi tələb edilib.

İnterpress.az