İğdır sakinləri Ermənistana qarşı aksiya keçirdibackend

İğdır sakinləri Ermənistana qarşı aksiya keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə İğdır vilayətinin Ağaver kəndinin ərazisindən keçən Araz çayının sahilində Ermənistan və Almaniya şirkətləri tərəfindən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, aksiya zamanı Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran bir qrup dərnək üzvü və yerli sakinlər səhmlərinin böyük hissəsinin Almaniyanın “Cronimet” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatının Oxçuçaya qarşı törətdiyi ekoloji terrora sərt etirazlarını bildiriblər. Oxçuçayın Araz çayına töküldüyünü xatırladan aksiya iştirakçıları qeyd ediblər ki, İğdır vilayətinin ekoloji durumu da təhlükə altındadır. Çünki Oxçuçayın zərərli tullantılarla çirkləndirilməsi Araz şayının da çirkləndirilməsi deməkdir. Araz çayı isə İğdır düzünün qan damarıdır.

Aksiya iştirakçıları Ermənistan hakimiyyətindən və Almaniyanın “Cronimet” şirkətindən Oxçuçayın vəhşicəsinə çirkləndirilməsi nəticəsində törədilən ekoloji terrora son qoymağı tələb ediblər.

Tədbir dərnək sədri Ziya Zakir Acarın aksiya iştirakçılarının adından bəyanatı səsləndirməsi ilə yekunlaşıb. Bəyanatda Oxçuçayın məhv edilməsinə görə Ermənistan hökuməti ilə Almaniyanın “Cronimet” şirkətinin beynəlxalq hüquq qarşısında eyni dərəcədə məsuliyyət daşıdıqları, yaranmış təhlükəli vəziyyətin miqyasının arta biləcəyi nəzərə çatdırılıb. Beynəlxalq təşkilatlara Oxçuçayla bağlı ekoterrora göz yummamağa, qətiyyətli tədbirlər görməyə çağırış ifadə edilib.