Giya Kuçava: “Tbilisi həmişəki kimi İrəvanı rədd edəcək”backend

Giya Kuçava: “Tbilisi həmişəki kimi İrəvanı rədd edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan 1993-cü ildə separatçı bölgələrdən keçən bütün yolları bağladıqdan sonra, Ermənistan hər il İrəvanı istisna etməyi xahiş edir və istəyir ki, erməni tərəfi Abxaziya və Cənubi Osetiyadan keçən tranzitdən istifadə etsin.

“Hesab edirəm ki, Tbilisi həmişə olduğu kimi İrəvanı rədd edəcək. Bu sırf mənim fikrim deyil, Gürcüstan ictimaiyyətinin əksəriyyəti belə düşünür. Eyni zamanda, Nikol Paşinyana İrma İnaşvili və David Tarxan-Mouravinin başçılıq etdiyi “Gürcüstan vətənpərvərləri Alyansı” kimi açıq rusiyapərəst siyasi təşkilatlar tərəfindən dəstək veriləcəyini istisna etmirəm”, – deyə o qeyd edib.

Analitik vurğulayıb ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti Gürcüstanın işğal olunmuş bölgələrinin Ermənistan tranziti üçün istifadəsinə qarşı çıxır.