15 yaşlı yeniyetmə bodibilderi yumruq zərbəsi ilə ÖLDÜRDÜ – VİDEObackend

15 yaşlı yeniyetmə bodibilderi yumruq zərbəsi ilə ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaluqada 15 yaşlı yeniyetmənin zərbəsi bodibilderin ölümünə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Kaluqa şəhərində bodibilder Dmitri Kargin 15 yaşlı yeniyetmənin başına vurduğu zərbədən sonra həyatını itirib. Kargin şəhərə vilayət üzrə bodibildinq çempionatının qonağı kimi gəlib.

Turnirdən sonra şəhərdə gəzərkən idmançı yerli sakinlərdən ibarət qrupa irad bildirib. Qrupdakı 15 yaşlı yeniyetmə onun başına zərbə vurub.

Kargin asfaltın üzərinə yıxılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə təqsirləndirilən yeniyetməni həbs etməyib. Onun barəsində ölkəni tərk etməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Xuraman Etibarlı

İnterpress.az