Zəfərimizin qəhrəmanlarına ehtiram – FOTO/VİDEObackend

Zəfərimizin qəhrəmanlarına ehtiram – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi Aparatının və Bakı şəhər rayon təşkilatının üzvləri 8 Noyabr- Zəfər Günü münasibətilə Zəfər Tağı abidəsini ziyarət edərək Azərbaycanın tarixi Qələbəsini bizə bəxş edən qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

44 günlük Vətən müharibəsində xalqımızın sarsılmaz iradəsi, ordumuzun yenilməz qüdrəti və igid oğullarımızın misilsiz fədakarlığı ilə qazanılan möhtəşəm Zəfər bir daha qürur hissi ilə xatırlanıb.

Qarabağın düşmən işğalından qurtuluşu və üçrəngli bayrağımızın doğma torpaqlarımızda dalğalanması naminə canlarından keçən şəhidlərimizin ölməz ruhu ehtiramla anılıb, Vətən uğrunda döyüşən qazilərimizin və bütün müharibə iştirakçılarının qəhrəmanlığı minnətdarlıqla yad edilib.

Bu Zəfər bir xalqın əyilməz iradəsinin, Vətən sevgisinin, milli həmrəyliyinin və azadlıq əzminin əbədi təntənəsidir.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, bizə bu tarixi qüruru yaşadan bütün qəhrəmanlarımıza sonsuz ehtiramımızı bildiririk.

Yaşasın Azərbaycan! Şanlı Zəfərimiz əbədi olsun!