4-cü mərtəbədən yıxılan uşağı yoldan keçənlər TUTDUbackend

4-cü mərtəbədən yıxılan uşağı yoldan keçənlər TUTDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 4-cü mərtəbədən yıxılan uşağı yoldan keçənlər xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvanın Nekrasovka rayonunda 4–5 yaşlarında olan uşaq çoxmərtəbəli binanın dördüncü mərtəbəsindəki pəncərədən yıxılıb.

Hadisə zamanı ərazidə olan kişi və qadın paltolarını açaraq uşağı tutmağa nail olublar.

Məlumata görə, hadisə baş verən vaxt uşağın anası evdə olub. O, küçəyə çıxaraq uşağı götürmək istəsə də, ətrafdakılar uşağı ona təhvil verməyiblər.

Hazırda uşağın huşunun özündə olduğu bildirilir. Həkimlər onun vəziyyətini müayinə edirlər.

Xuraman Etibarlı

İnterpress.az