8 noyabr millətimizin əzmini, ordumuzun gücünü, dövlətimizin qüdrətini simvolizə edən müqəddəs bir gündür – Tənzilə Rüstəmxanlı yazırbackend

8 noyabr millətimizin əzmini, ordumuzun gücünü, dövlətimizin qüdrətini simvolizə edən müqəddəs bir gündür – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. 8 noyabr sadəcə bir təqvim günü deyil, bu tarix millətimizin əzmini, ordumuzun gücünü, dövlətimizin qüdrətini və Prezidentimizin sarsılmaz iradəsini simvolizə edən müqəddəs bir gündür.

media-whatsapp-image-2026-10-16-at-13-20-23

Zəfərimizin memarı heç şübhəsiz ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Məhz Ali Baş Komandanın sarsılmaz iradəsi, cəsarəti, qətiyyəti, diplomatik məharəti və strateji liderliyi hesabına bu mümkün oldu. Zəfərimizin qəhrəmanı Azərbaycan Ordusudur, Silahlı Qüvvələrdir. Azərbaycan əsgəri torpaq uğrunda canından keçdi, hünər, cəsarət və peşəkarlıq nümunəsi göstərdi.

Müharibə günlərində on minlərlə gənc könüllü olaraq cəbhəyə yazıldı, orduda bir nəfər də olsun fərari olmadı, “təki Vətən yaşasın” deyə ölümə atıldılar. Xalqımız isə bu Zəfərin ruhudur, ürəyidir, dayağıdır. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin hərbi qüdrətini, xalqımızın vətənpərvərliyini və milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində isə dövlətimizin suverenliyi bütün ərazilərimizdə tam bərpa olundu.

Bu gün artıq tarixi zəfərin bəhrələrini görürük. Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad edilmiş torpaqlarda “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır. Yeni məktəblər, xəstəxanalar, sənaye zonaları, enerji layihələri və aqroparklar sayəsində bölgə iqtisadi cəhətdən dirçəlir, minlərlə yeni iş yeri açılır.

Bu inkişaf prosesi təsdiq edir ki, Zəfər yalnız hərbi qələbə ilə məhdudlaşmayıb — o, Azərbaycanın quruculuq və inkişaf dövrünün başlanğıcıdır. Dövlətimizin məqsədi azad edilmiş torpaqları təkcə bərpa etmək deyil, onları müasir, yaşıl, dayanıqlı regiona çevirməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri tarixi Zəfərin davamı kimi xüsusi əhəmiyyət daşıyır. Böyük Qayıdış proqramı çərçivəsində yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın gələcəyə hesablanmış dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Zəfərimizin ən böyük mənəvi dəyərlərindən biri də xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlikdir. Bu birlik dövlətimizin gücünün, müstəqilliyimizin və gələcək uğurlarımızın əsas təminatıdır. Tarixi Qələbəmiz həm də şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin qəhrəmanlığı və xalqımızın Vətənə sonsuz sədaqəti ilə bağlıdır. Azərbaycan xalqı bu Zəfəri daim qürurla yaşadacaq və gələcək nəsillərə ötürəcək.