İtaliyada İsrailin müdafiə naziri İsrael Katsla bağlı araşdırma genişləndirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İtaliya prokurorluğu Qəzza zolağına humanitar yardım aparan “Sumud” donanmasının fəallarının saxlanılması zamanı mümkün qanun pozuntuları ilə bağlı araşdırmaya İsrailin müdafiə naziri İsrael Katsı, Baş Qərargah rəisi Zamiri və İsrailin hərbi, polis və penitensiar sisteminin daha 11 yüksək vəzifəli nümayəndəsini daxil edib.
Araşdırmaya İsrail tərəfindən saxlanılan 50 İtaliya vətəndaşının şikayətləri səbəb olub. Onlar donanmanın iki missiyasından sonra saxlanılıblar.
Qeyd edək ki, əvvəlki mərhələdə araşdırma əsasən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə bağlı aparılırdı.
İtaliya prokurorları, həmçinin İsraildən hüquqi yardım istəyib və Avropa ölkələrinin həmkarları ilə koordinasiyalı işləyirlər.
Xuraman Etibarlı
İnterpress.az






