Rusiyada DƏHŞƏTLİ QƏZA: Piyada körpüsü şosseyə uçdu, sürücü ÖLDÜ – FOTO/VİDEObackend

Rusiyada DƏHŞƏTLİ QƏZA: Piyada körpüsü şosseyə uçdu, sürücü ÖLDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətində yük maşını piyada körpüsünü uçurdub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Moskva vilayətinin Solneçnoqorsk rayonunda, Leninqrad şossesi üzərindən keçən yerüstü piyada keçidi aşıb. 

Məlumata görə, кузову qaldırılmış vəziyyətdə olan özüboşaldan yük maşını yerüstü piyada körpüsünə çırpılıb.

Zərbə nəticəsində konstruksiya dayaqlarından qoparaq birbaşa magistral yolun üzərinə uçub.

Qəza zamanı yük maşınının sürücüsü aşılan ağır konstruksiyanın altında qalaraq həyatını itirib.

Hadisə səbəbindən şossenin bütün zolaqlarında hərəkət tamamilə dayanıb və hər iki istiqamətdə təxminən 4 kilometrlik böyük tıxac yaranıb.

Xuraman Etibarlı

İnterpress.az